21.11.2010

Daşnaktütyun

Daşnaktütyun

Daşnaktütyun

Ermənilərin ən tanınnış, ən güclü və ən mütəşəkkil təşkilatlarından biri “Daşnaktütyun” partiyasıdır (Erməni inqlab federesiyası). Əfsuslar olsun ki internetdə Azərbaycan dilində bu təşkilat barədə ətraflı məlumat verən bir mənbə tapa bilmədim, ona görə də bu məqaləni yazmaq gərarına gəldim. Nəzərə alsaq ki bu təşkilat artıq bir əsrdən çoxdur ki Türkiyəyə və Azərbaycana qarşı mübarizə aparır, vətəndaşlarımız bu partiya barədə məlumata malik olmağa borcludurlar. Azərbaycanda milyonlarla rus və ingilis dilini bilməyən insanların olmasını nəzərə alsaq və internetin yavaş-yavaş Azərbaycanın bölgələrinə yayıldığını da hesaba qatsaq, bu məqalənin zəruriliyini anlamaq olar.

Daşnaktütyun Erməni inqlab federasiyası (ermənicə:Հայ Յեղափոխական Դաշնակցութիւն – erməni inqlab ittifaqı) — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biridir, 1890 cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün olkələrdə, Daşnaktütyunun büroları fəaliyyət göstərir.

Yaranması

Daşnaktutünyun qurucuları, R. Zoryan, X. Mikaelyan, S Zavaryan.

Daşnaktutünyun qurucuları, R. Zoryan, X. Mikaelyan, S Zavaryan.

Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar “Erməni inqlabçılarının ittifaqı” adlanırdı.

Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı imperiyasının şərqində erməni dövlətini qurmaq idi.

1891 ci ildə  nəşr olunan və Daşnaktütyunun mətbu orqanı olan “Droşak” (bayraq) qazetində Daşnaklar öz proqramları barədə bunları yazırdılar:

“Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz maraqından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır.”

1892 ci ildə partiyanın adı dəyişdirilir, və partiya indiki adı ilə adlanmağa başlayır. Həmin il partiyanın proqramı da dərc edilir:

Məqsəd: Daşnaktütyunun məqsədi üsyanlar yolu ilə iqtisadi və siyasi azadlıqlar əldə etməkdir. Partiya hər bir insanın bərabər huquqa malik olduğu prinsipindən irəli qələrək, maddi nemətlərin bərabər bölünməsinin tərəfdarıdır.

  1. Qələcək Ermənistanda ümumi maraqlara xidmət edən, xalq höküməti ümumi bərabər və birbaşa səs vermə yolu ilə seçilməlidir.
  2. İstənilən vasitələrlə həyatın və iş yerlərinin təmin edilməsi.
  3. Müxtəlif dinlər və millətlər qanun qarşısında bərabərdir.
  4. Söz və mətbuat azadlığı.

Vasitələr: Erməni inqlab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə, eləcə də tək ermənilərin yox həm də assiriyalıların, kürdlərin, və sülhsevər türklərin əziyyət çəkdiyi ümumi vəziyyətə qarşı da mübarizə aparır. Bu istiqamət çox böyük əhəmiyyət kəsb edir. Bütün bu qrupları ümumi mübarizə üçün birləşdirə bilməsək də, ən azından onların ermənilərə qarşı müxalifətini neytrallaşdıra bilərik.

  1. Daşnak partiyasının əsas prinsiplərinin və məqsədlərinin təbliğatı.
  2. Silahlı dəstələri təşkil etmək, eləcə də onları ideoloji və praktik cəhərdən hazırlamaq.
  3. Xalqı silahlandırmaq.
  4. İnqlabi komitələri və onlar arasında sıx əlagələri təşkil etmək.
  5. Hakimiyyət nümayəndələrini, sələmçiləri, satqınlara və hər cür istismarçılara qarşı terror tətbiq etmək.
  6. Xalqı quldur və soyğunçuların hücumundan qorumaq.
  7. Adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq.
  8. Dövlət idarələrinin dağıdılması və talan edilməsi.

Əsas təşkilatı prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Hər hansı isə bir rayonun bir neçə komitəsi, rayonun mərkəzi komitəsini seçirdi. Partiyanın başında büro dururdu, əvvəl Rusiya və İranda sonra Avropada daha sonra isə Osmanlı imperiyasında komitələr quruldu. Rusiyua imperiyasında partiyanın yaradılmasından dərhal sonra, Qarsda, Aleksandropolda (indiki Gümri), İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Yelizavetpolda (indiki Gəncə) və Rostovda komitələr təşkil olunmuşdur.

O zaman daşnakların əsas fəaliyyəti Osmanlı imperiyasının ermənilər yaşayan ərazilərinə “fədailərin” silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökümətinə qarşı qaldırılmasından ibarət idi.

XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896 cı ildə Osmanlı bankına təşkil etdikləri hücum idi. Lakin İstanbulda yerləşən qərb dövlətlərinin səfirliklərinin müdaxiləsi nəticəsində, Osmanlı hökuməti hücumda iştrak edən terrorçuların Avropaya qetməsinə razılıq verir.

XX əsrin əvvələrindən etibarən daşnaklar Rusiya imperiyasında öz fəaliyyətlərini aktivləşdirir. 1905 ci ildə azərbaycanlılara qarşı törədilən qırğınlarda daşnaklar da aktiv iştrak edir, bu məqsədlə onlar əvvəllər Türkiyəyə qöndərdikləri, “fədailəri” qeri çağırır. Daşnaklar Bakı qubernatoru Nakaşidzeni “müsəlmanlara kömək edir” bəhanəsi ilə qətlə yetirir, qubernatoru sonradan “qeneral Dro” olmuş, Drastanat Kamayan qətlə yetirir.

ABŞ türkoloqu Tadeuş Svatxovskinin fikrincə 1905 – 6 cı illər ərzində ermənilər azərbaycanlıların yaşadığı 158 yaşayış məntəqəsinə hücum edirlər. 1905 ci ildə daşnaklar İstanbulda sultan II Əbdülhəmidə sui qəsd təşkil edir, təsadüf naticəsində sultana heç bir şey olmur, lakin partlayış nəticəsində, 26 nəfər həlak olur 58 nəfər isə yaralanır.

1906 cı ildə Sofiyada keçirilən koqresdə daşnaklar Rusiyanın siyasi həyatında aktiv iştrak etməyi qərara alırlar.

Osmanlı İmperiyasında “gənc türklər” hakimiyyətə qəldikdən sonra daşnaklar müəyyən müddət də olsa yeni qurulmuş türk hökuməti ilə silahlı mübarizədən çəkinir.

1910 – 11 ci illərdə Sankt Peterburqda terrorçuluqda günahlandırılan daşnaklar üzərində keçirilmiş məhkəmə prosesi nəticəsində, 52 nəfər həbs cəzasına layiq görülür, 4 nəfər isə Sibirə sürgünə gondərilir. Bu proses zamanı daşnaklarım müdafiəçiləri sıralarında Aleksandr Kerenskiy də var idi.

Daşnaklar I Dünya Müharibəsində

Daşnakların silahlı dəstələrindən biri

Daşnakların silahlı dəstələrindən biri

Birinci dünya müharibəsi zamanı daşnaklar Rusiyanın tərəfinə keçərək, ermənilərdən ibarət silahlı dəstələr yaradır, və Osmanlı imperiyasına qarşı döyüşlərdə iştrak edir. Bu münasibətlə Rusiya imperiyasında daşnaklara amnistiya elan edilir.

Çar hökuməti ermənilərə qələbən sonra Türkiyənin şərqində “Erməni muxtar dövlətinin” yaradılması vədini vermişdi. Lakin bu ərazilərdə ermənilər heç vaxt çoxluq təşkil etməmişlər, bu mələsənin həlli uçün, erməni silahlı dəstələri müsəlman əhalinin (türklər və kürdlər) yaşadığı kəndlərə basqınlar təşkil edir, bu basqınlar nəticəsində on minlərlə insan amansızcasına qətlə yetirilir. Daşnak silahlı dəstələri, arxa cəbhədə aktivləşərək, türk ordusunun təchizatını və rabitəsini pozmağa cəhd göstərir və bu işdə bəzi uğurlara da nail ola bilirlər. Daşnaklar hətda türk hərbi qospitalına hücüm edib, oradakı yaralı türk əsgərləri və həkimləri qətlə yetirir. Silahlı dəstələrin təşkilində və türklərə qarşı təbliğatın aparılmasında erməni kilsəsi və kilsə xadimləri də yaxından iştrak edir.

1915 ci ilin fevralında Erməni milli kongresində çıxış edən  Daşnaktütyunun hərbi qanadının təmsilcisi, çar hökumətinin Türkiyə ermənilərinin ehtiyacları üçün 242 min 900 rubl vəsait ayırdığını bildirir, bu pullar Türkiyədəki erməniləri silahlandırmaq, və üsyana təşviq etmək üçün nəzərdə tutulur.

Amerika tarixçisi Corc Şou “Osmanlı imperiyasının tarixi” kitabında bu hadisələr barədə bunları yazır: “müharibənin qedişatı, ermənilər tərəfindən müsəlmanların kütləvi qətlləri ilə müşayət olunurdu.  Bir milyondan çox türk kəndlisi öz doğma torpaqlarından qaçmağa məcbur olmuşdur. Minlərlə qaçqın ermənilər tərəfindən tikə-tikə doğranmışdır. Müharibədən əvvəl Ərzurum, Trabzon, Ərzincan, Van və Bitlisdə yaşayan 3 milyon 300 min türk əhalisindən yalnız 600 min nəfəri qalmışdır. Türk və kürd kəndlilərinin soyqırımının ən aktiv təşkilatçısı və ideoloqu  Daşnaktütyunun terror təşkilatının üzvü “Atom” ləqəbli Artur Şahrikyan olmuşdur.

J Malevilin “1915 ci il erməni faciəsi” kitabında bu hadisələr belə təsvir olunur: “Erməni quldur və terror dəstələri tərəfindən məhv edilmiş müsəlman əhalinin sayı təxminən 1 milyon 600 min nəfər təşkil edir. Bütün bu faktlar çar ordusunun zabitlərinin narazılığına səbəb olmuş və onlar erməni başkəsənlərinə qarşı güc tətbiq etməyə məcbur olmuşdular”.

Rus ordusu bu ərazidən çəkildikdən sonra, erməni quldur dəstələri daha da azğınlaşır, və bu ərazidə qalmış müsəlman əhalinin kütləvi qətllərinin miqyasını böyüdür, bu hal türk ordusunun əks hucuma keçib erməniləri Qafqaza sıxışdırmasına qədər davam edir. Türk ordusu tərəfindən Qafqaza sıxışdırılan erməni hərbi dəstələri, 1918 ci ilin mayında elan olunmuş və daşnaklar tərəfindən idarə olunan Ermənistan respublikasının ordusunun əsasını təşkil edir. Bu zaman bu dəstələr Naxçıvanda, Zəngəzur və Göyçə mahallarında eləcə də Qarabağda azərbaycanlıların kütləvi qətlləri ilə məşğul olur. Həmçinin daşnaklar və Daşnaktütyun partiyasının nümayəndələri Bakıda törədilən qırğınlarda da aktiv iştrak edir.

Daşnaklar Ermənistanı 1920 ci ilin noyabr ayınacan idarə edirlər bu zaman onlar demək olar ki bütün qonşuları ilə  müharibələr aparır, həm Gürcüstan, həm Azərbaycan həm də Türkiyəyə qarşı ərazi iddiası irəli sürən erməni hökuməti bütün bu ölkələrə qarşı hərbi əməliyyatlar aparır. Lakin daşnak hökumətinin apardığı heç bir müharibə uğurla nəticələnmir, Türkiyə ilə apardıqları müharibə isə Ermənistanın tamam məhlubiyyəti ilə nəticələnir, bu zaman 11 ci qızıl orduya arxalanan erməni bolşevikləri 29 noyabr 1920 ci ildə “üsyan” qaldırır və Ermənistanı sosialist respublika elan edir. Dekabrın 2 də daşnak hökuməti öz istefasını elan edir. Dekabrın 2 dən 3 nə keçən gecə, İrəvandakı hökumətin istefa verməsindən xəbərsiz olan daşnak hökumətinin nümayəndələri, Gümridə Türkiyə hökuməti ilə müharibəyə son qoyan razılaşmanı imzalayırlar, özündə Türkiyənin maraqlarını tam əks etdirən və Ermənistanı Türkiyənin faktiki vassalına çevirən bu muqavilə, heç vaxt güvvəyə minmədi.

18 fevral 1921 ci ildə daşnaklar üsyan qaldırır, və Ermənistanda nəzarəti tam ələ alır, lakin aprelin 3 sovet ordusunun İrəvanı alması ilə üsyan yatırılır.

1923 cü ilin yanvarında İrəvanda Daşnaktütyunun Ermənistanda olan üzvlərinin toplantısında Daşnaktütyun partiyasının Ermənistanda fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunur. Ermənistandakı məğlubiyyətindən sonra daşnaklar öz niyyətlərindən əl çəkmir, və terror fəaliyyətini davam etdirir. Belə ki, Daşnaktütyun partiyasının maddi dəstəyi və təşkilatçılığı ilə, bu partiyadan olan erməni terrorçuları “qara siyahıya” saldıqları və “erməni xalqının düşmanı” elan etdikləri türk və azərbaycanlıları qətlə yetirməyə başlayır. Onlar bu qətllərin adını “Nemezis əməliyyatı” qoyur. Bu “əməliyyat” nəticəsində Tələt paşa, Camal paşa, Səid Hilmi paşa, Behbud xan Cavanşir, Fətəli xan Xoyskiy və digərləri qətlə yetirilir.

Daşnaktütyun soyuq müharibə dövründə

XX əsrin 90 cı illərinəcən Daşnaktütunyun bütün fəaliyyəti əsasən Avropa, Amerika və bəzi ərəb ölkələrində cəmləşmişdir.

Qeyd etmək lazımdır ki, ikinci dünya müharibəsi zamanı Daşnaktütyun partiyasının bir çox məşhur üzü Almaniyanın tərəfində SSRİ və müttəfiqlərə qarşı döyüşlərdə  aktiv iştrak etmişdilər.

Erməni diasporasının maddi imkanlarından istifadə edərək, Daşnaktütyun Avropada Asiyada, Şimali və Cənubi Amerikdada bir çox kilsə, təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni məktəbləri yaradır. Həmçinin Daşnaktütyun erməni diasporasının KİV lərinin yaradılmasında və formalaşmasında da böyük rol oynayır.

Bütün bu tədbirlərlə yanaşı Daşnaktütyun Avropada və ABŞ da güclü erməni lobbisi yarada bilir, və bu erməni lobbisinin köməyi ilə, bir sıra qərb dövlətlərinin parlamentlərində, qondarma erməni soyqırımının tanınmasına nail olur.

1970 – 80 ci illərdə daşnaklar erməni terrorçularını və terror təşkilatlarını aktiv dəstəkləyirlər, bu həm maddi mənəvi həm də siyasi dəstək şəklində olur. Bundan əlavə aşkarlanmış faktlardan məlum olur ki, Daşnaktütyun Türkiyə və türklərə qarşı keçirilən terror aktlarının təşkilində, və hazırlanmasında bilavasitə iştrak etmişdir.

Daşnaktutyun fəalları 70 ci illərdə Livanda qedən vətəndaş müharibəsi zamanı da xüsusi aktivlik göstərmiş oradakı erməni əhalisini silahlandırmış, hərbi dəstələr təşkil etmişdir.

Müasir dövr

1980 ci illərin sonunda SSRİ də baş qaldıran iqtisadi-siyasi problemlər Daşnaktütyunun burada aktivləşməsinə səbəb oldu, öz imkanlarından istifadə edərək Daşnaklar Avropa Amerika sonradan isə mərkəzi Sovet mətbuatında “Miacum” ideyasını təbliğ etməyə başladılar. Lakin daşnaklar tək təbliğatla kifayətlənməyib, Ermənistana və Qarabağa silah sursat, adamlar göndərirdilər. Azərbaycan barədə təhrif olunmuş yalan məlumatların yayılmasında Daşnaktütyunun nəzarətində və yaxud təsirində olan KİV lərdən aktiv istifadə adi hal alır. Daşnaklar gürcü-abxaz münagişəsində də aktiv iştrak edirlər, onların iştrakı və köməyi ilə  “Marşaı Baqramyan adına erməni batalyonu” yaradılır, ki bu batalyon gürcü ordusuna qarşı döyüşlərdə iştrak edir.

1994 cü ildə Ermənistanda Levon Ter-Petrosyanın əmri ilə Daşnaktütunyun fəaliyyəti dayandırılır, bəzi üzvləri isə həbs olunur. 1998 ci ildə prezident postunda Ter-Petrosyanı əvəz etmiş, Robert Koçaryan Daşnaktütunyun fəaliyyətinə icazə verir. Bü gün Daşnaktütyun Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində, aparıcı siyasi güclərdən biridir.

Daşnaktütünyun tələbləri illərdən bəri dəyişməyib, partiya əvvəllər olduğu kimi Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi, və Türkiyənin şərqində 7  vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan muxtar respublikasının ərazilərinə iddialıdırlar.

Əli Hacızadə


Digər xəbərlər


Türkiyə mediası hamıya yalan danışıb? Tağıyevin adına çıxılan ev əslində kimə aiddir?

Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi Fərhad Cabbarov və Tağıyevin kötükcəsi Alban Klod Türkiyədə olduğu iddia edilən malikanə haqqında məluma...

Şəkinin bir neçə yolu yenidən qurulur - Foto

M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapş...

Azərbaycanın yeni Ombudsmanı seçildi

Hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5...

Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin p...